Mərkəzi Bank uçot dərəcəsini QALDIRDI

0
299

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,5 faizdən 7 faizə qədər artırılmasına qərar verib.

Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov faiz dəhlizinin parametrlərinə dair keçirilən mətbuat konfransında məlumat verib.

Faiz dəhlizinin aşağı həddi 6 faiz dərəcəsində saxlanılıb, faiz dəhlizinin yuxarı həddi isə 7 faizdən 8 faizə qədər artırılıb.