Ən ağır çəkili boksçumuz dünya çempionatında ilk qələbəsini qazandı – YENİLƏNİB

0
366

+92 kq çəki dərəcəsində çıxış edən boksçumuz Məhəmməd Abdullayev Yonas Yazeviçiusla (Litva) üz-üzə gəlib.

1/16 final mərhələsi çərçivəsində baş tutan görüş boksçumuzun 5:0 (29:28, 30:27, 30:27, 29:28, 30:27) hesablı qələbəsi ilə başa çatıb.

O, növbəti qarşılaşmasına oktyabrın 31-də çıxacaq. Məhəmməd Abdullayevin rəqibi serbiyalı Vladan Babiç olacaq. 

10:36

Serbiyanın paytaxtı Belqradda keçirilən boks üzrə dünya çempionatında bu gün bir idmançımız mübarizəyə qoşulacaq.

Oxu.Az-ın xəbərinə görə, bu, ən ağır çəkili boksçumuz Məhəmməd Abdullayevdir.

+92 kq
1/16 final
Məhəmməd Abdullayev – Yonas Yazeviçius (Litva)

Qeyd edək ki, dünən boksçumuz Loren Alfonso AIBA bayrağı altında çıxış edən Tavfikulla Süleymani ilə qüvvəsini sınayıb. 86 kq çəki dərəcəsində baş tutan görüş Avropa Oyunlarının qalibi olan idmançımızın asan qələbəsi ilə yekunlaşıb. Tokio 2020-nin də mükafatçısı olan Kuba əsilli idmançımız rəqibini 5:0 hesabı ilə məğlub edərək, 1/8 finala yüksəlib. O, oktyabrın 31-nə təsadüf edəcək növbəti döyüşündə rumıniyalı Pol Aradoae ilə döyüşəcək.

Tayfur Əliyev (-60 kq) 1/32 final mərhələsi çərçivəsində Şarles Peti-Hommla (Haiti) üz-üzə gəlib. Döyüşü üstün keçirən boksçumuz dünya çempionatına qələbə ilə başlayıb – 5:0. O, ikinci qarşılaşmasında ilk mərhələdən azad olan italiyalı Simone Spada ilə münasibətinə aydınlıq gətirəcək. Görüş sabah olacaq.