Əfqanıstanda məvaciblər buğda ilə ödəniləcək

0
366

Əfqanıstandakı “Taliban” hökuməti yeni dövlət proqramını təqdim edib.

Təqdimat mərasiminə yüksək rütbəli rəsmilər qatılıb.

Bildirilib ki, proqram çərçivəsində 40 min sakin işlə təmin ediləcək. Onların məvacibi isə natural şəkildə – buğda ilə ödəniləcək.

Hökumət nümayəndələri bu məqsədlə 65 min ton buğdanın ayrıldığını bildiriblər.