Bakıda hoteldə meyit tapılıb.
Əhməd Rəcəbli küçəsində yerləşən “Gm City Hotel”in mühafizəçisi 55 yaşlı Kamandar Quliyevin meyiti çalışdığı məkanda aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.
Ölümün səbəbi hələ məlum deyil.
Faktla bağlı prokurorluq orqanları araşdırma aparır.