Saakaşvili xəstəxanaya yerləşdirilmək istəyir

0
293
Saakaşvili xəstəxanaya yerləşdirilmək istəyir

Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixail Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır.

Bunu Saakaşvilinin şəxsi həkimi Nikoloz Kipşidze deyib. O, siyasətçinin nə zaman xəstəxanaya yerləşdiriləcəyini bilmədiyini söyləyib:

“Saakaşvili xəstəxanaya yerləşdirilməyə hazırdır. Detallar səhiyyə və ədliyyə nazirlikləri ilə müzakirə olunacaq. Sabah, yaxud biri gün, onun nə zaman xəstəxanaya aparılacağını biləcəyik. Bununla belə, bu o demək deyil ki, Saakaşvili aclığı dayandırır”.

Kipşidze əlavə edib ki, Saakaşvilinin klinikada nə qədər qalacağı məlum deyil.