Rüfət Axundovu “Tarqovu”da bıçaqlayıblar: “Baxdım ki, ayağımdan qan axır” – VİDEO

0
386

ARB TV-nin “Onun Sirri” verilişinin növbəti qonağı ifaçı Rüfət Axundov olub.

Sənətçi illər öncə başına gələn dəhşətli hadisədən danışıb:

“1996-97-ci illərdə tələbə idim. “Tarqovu” adlanan ərazidə iki gənc oğlan bir xanımın boynundan boyunbağını dartıb qaçdılar. Mən də arxasınca qaçdım. Əlbəyaxa olduq. O biri oğlan da yaxınlaşıb ağzımdan təpik vurdu. Ayaq nahiyəmə də nəysə dəydi. İti alətlə ayağıma vurmuşdu. Fikir vermədim. Bir müddət sonra hiss etdim ki, ayağım taqətdən düşdü. Baxdım ki, ayağımdan qan axır. Ayağımda indiyədək izi qalıb”.