Azərbaycanda daha 1245 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib – FOTO

0
349

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 245 yeni yoluxma faktı qeydə alınıb, 409 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 503 452 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 478 812 nəfər müalicə olunaraq sağalıb, 6 778 nəfər vəfat edib. 17 862 nəfər aktiv xəstə sayını təşkil edib.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7153, bu günə qədər isə ümumilikdə 5 032 555 test icra olunub.