Müdafiə Nazirliyi vətəndaşlara müraciət edib

0
398

Azərbaycan ordusunun bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının Seyfəli poliqonunda utilizasiyasını davam etdirir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb:

“Aparılan partlayış işləri ilə əlaqədar bir daha əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur”.