44 günlük Vətən Müharibəsi şəhidi- Qəbələ şəhər sakini Mustafayev Elməddin Məhəmməd oğlunun şəhidlik zirvəsinə ucalmasının ildönümü münasibətilə rayon icra hakimiyyətinin,İNK nümayəndəsi, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhidin təhsil aldığı məktəbin kollektivi onun məzarını ziyarət edərək, üzərinə gül dəstələri qoymuş, xatirəsi anılaraq, ruhuna dualar oxunmuşdur. Həmçinin Elməddin Mustafayevin xatirəsinə təhsil aldığı məktəbin həyətində ucaldılmış bulaq kompleksinin açılışı olmuşdur. Mərasim iştirakçıları şəhidin ailəsini evlərində ziyarət etmişlər.
Tədbir Elməddin Mustafayevin təhsil aldigi məktəbdə ehsan süfrəsi arxasında davam etmişdir.
Allah rəhmət eləsin Şəhidlərimizə
Təranə Alməmmədova
İctimai Nəzərdə Kolleksiyası Qəbələ rayon numayəndliyi sədri