Ermənistanın Gəncədə törətdiyi növbəti terrordan bir il ötür – Video

0
338

Vətən Müharibəsi zamanı Gəncənin Ermənistan tərəfindən növbəti dəfə raket hücumuna məruz qalmasından bir il ötür.

“Qafqazinfo” xəbər verir ki, Müdafiə Nazirliyi 2020-ci ilin oktyabrın 11-də gecə saat 02:00 radələrində Ermənistan ərazisindən Gəncənin ballistik raket hücumuna məruz qalması barədə açıqlama yayıb.

Oktyabrın 10-dan humanitar atəşkəs rejiminin tətbiqinə başlansa da, düşmən dinc sakinləri atəşə tutub və hədəf olaraq Gəncə seçilib.

Düşmənin çoxmənzilli yaşayış binalarını raket atəşinə tutması nəticəsində dördü qadın olmaqla 10 nəfər şəhid olub, 34 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.