Koronavirusun “delta” ştammı coğrafiyasını 197 ölkəyə qədər genişləndirib

0
297

Koronavirusunun son dərəcə yoluxucu “delta” ştammının coğrafiyası son bir həftə ərzində xeyli genişlənib.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından (ÜST) xəbər verilib.

Məlumata görə, ötən həftə “delta” variantının mövcudluğu 187 dövlətdə qeydə alınmışdısa, son yeddi gündə onun coğrafiyası 192 ölkəyə qədər genişlənib.

Mütəxəssislər bunu narahatlıq doğuran hal kimi qiymətləndiriblər.