Prezident qadın icra başçısı təyin etdi

0
390

Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncama əsasən, Mahirə İsmayıl qızı Adnayeva Naxçıvan Muxtar Respublikası Sədərək Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Qeyd edək ki, Mahirə Adnayeva bu təyinata qədər Sədərək Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb.