Kimya üzrə Nobel mükafatının laureatları açıqlandı – FOTO

0
369

Stokholmda 2021-ci il üzrə Nobel mükafatı laureatlarının adlarının açıqlanması davam edir.

Çərşənbə günü kimya mükafatı sahiblərinin adları açıqlanıb.

Mükafat “asimmetrik orqanokatalizin inkişafına görə” Benjamin List və Devid Makmillana verilib. Nobel klassik üzvi kimya metodlarından istifadə edərək xiral birləşmələrini əldə etməyə imkan verən katalizatorların yaradılmasına görə təqdim edilib. Bu cür katalizatorların yayılmasından əvvəl xiral birləşmələr yalnız bioloji olaraq əldə edilirdi və ya qarışıqlardan böyük çətinliklə təmizlənirdi.