Peyvəndə qarşı çıxıb həkimləri girov götürdülər

0
322
Peyvəndə qarşı çıxıb həkimləri girov götürdülər

Qvatemalada COVİD-19-a qarşı peyvənddən imtina edən qəsəbə sakinlerinin etirazı fərqli nəticələrə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ölkənin Alta Verapaz əyalətinin Nahuila qəsəbəsinin sakinləri vaksinasiya üçün buraya gələn 11 tibb işçisini girov götürüb, vaksinləri isə məhv ediblər.

Rəsmilər qəsəbə sakinlərin daha öncə də peyvənddən imtina etdiklərini bildiriblər. Amma onlar ilk dəfədir belə ciddi durumla üz-üzə qaldığını qeyd ediblər.

Yalnız polisin müdaxiləsindən sonra tibb işçiləri sərbəst buraxılıb.

Qeyd edək ki, indiyədək Qvatemalada 14 minə yaxın insan koronavirusdan dünyasını dəyişib. Buna baxmayaraq, bu günə qədər ölkə əhalisinin sadəcə 25 faizi birinzi doz vaksin vurdurub. İkinci dozdan istifadə edənlərin sayı isə 14 faizə bərabərdir.