Paşinyan Əliyevlə görüşə gəlməyə hazırdır – “Mina xəritələrini də aparacam”

0
360

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevlə görüşə hazır olduğunu bildirib.

O, bunu Vilnüsdə erməni icmasının nümayəndələri ilə görüşdə deyib.

Paşinyan görüşdə mina xəritələri barədə də danışıb. O bildirib ki, Qarabağı işğalda saxladıqları müddətdə basdırdıqları minaların xəritələrini də Azərbaycan Prezidenti ilə görüşə aparmağa hazırdır.

Erməni Baş nazir bunun üçün iddia edir ki, guya Azərbaycanda olan erməni əsirlər geri qaytarılmalıdır. 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev son müsahibəsində bütün erməni əsirlərin təhvil verildiyini bildirib. Bundan başqa, İlham Əliyev “France 24” müsahibəsində bildirib ki, Nikol Paşinyanla görüşməyin əleyhinə deyil.

Dövlət başçısı qeyd edib ki, görüş ATƏT-in Minsk qrupu tərəfindən təşkil olunarsa, Nikol Paşinyan ilə görüşə etiraz etmir.