Güləşçilərimiz dünya çempionatında mübarizəyə başlayır

0
371

Bu gün Norveçin paytaxtı Osloda güləş üzrə dünya çempionatı start götürəcək.

Turnirin ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.

Məsul yarışda ölkəmizi baş məşqçi Namiq Abdullayev, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi altında doqquz güləşçi təmsil edəcək.

Bu gün dörd çəki dərəcəsində üç idmançımız mübarizəyə qoşulacaq.

61 kq
1/16 final Kənan Heybətov – Yaroslav Xurski (Ukrayna)

74 kq
1/16 final Coşqun Əzimov – Matayo Mahabila (Keniya)

86 kq
1/16 final Əbubəkr Abakarov – Ahmed Dudarov (Almaniya)

Qeyd edək ki, sabah 57, 65, 79 və 92, ayın 4-də isə 70 və 97 kiloqramda mübarizə aparacaq pəhləvanlar yarışa qoşulacaq. Görüşlər Bakı vaxtı ilə saat 12:30-da başlayacaq.