Teymur Rəcəbov Levon Aronyana qarşı

0
285

Şahmat üzrə norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun final mərhələsində bu gün V turun qarşılaşmaları keçiriləcək.

Azərbaycan təmsilçilərindən Teymur Rəcəbov ermənistanlı Levon Aronyanla, Şəhriyar Məmmədyarov isə rusiyalı Vladislav Artemyevlə üz-üzə gələcək.

Qarşılaşmalar Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Qeyd edək ki, dörd turdan sonra Teymur Rəcəbov 12 xalla dördüncü, Şəhriyar Məmmədyarov 5,5 xalla doqquzuncudur. Levon Aronyanın 15 xalla üçüncü olduğunu nəzərə alsaq, Teymurun bu görüşdə qələbəsi böyük əhəmiyyət kəsb edir.