Argentinalı hücumçu Lionel Messi Fransanın “Paris Sen-Jermen” klubunda ilk qolunu vurub.
Futbolçu Çempionlar Liqasının qrup mərhələsinin ikinci turunda İngiltərənin “Mançester Siti” klubu ilə qarşılaşmanın 74 -cü dəqiqəsində Neymarın ötürməsi ilə qol vurub. Matçda hesab 2:0 PSJ -nin xeyrinə bitib.
Daha əvvəl argentinalı oyunçu Fransa klubu ilə üç oyun keçirib və qol vurmayıb.