BMT-dən xəbərdarlıq: “Dünya fəlakətə doğru gedən bir yoldadır”

0
352

BMT İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına dair yeni hesabatını təqdim edib. Sənəddə dünya ölkələrinin Paris anlaşmalarına uyğun olaraq, qlobal istiləşməni 2 dərəcədən aşağı səviyyədə saxlamaqdan çox uzaq olduğu bildirilib.

Hesabatın açıqlanmasından sonra çıxış edən BMT sədri Antoniu Qutyerreş dünyanın 2.7 dərəcə istiləşməyə gedən fəlakətli bir yolda olduğunu bəyan edib. Onun sözlərinə görə, 2030-cu ilədək qlobal karbon qazı emissiyası 16% artacaq.

Qeyd edək ki, hazırda dünya üzrə atmosferə zərərli tullantıların 80%-i Böyük 20-lik ölkələrinin payına düşür.