Dünyanın ən uzun boylu insanları Niderland sakinləridir.
Bu barədə ölkənin statistika idarəsindən məlumat verilib.
Məlumata görə, ötən əsrin 80-ci illərində ölkədə doğulan nəsil müasir dünyanın ən ucaboy insanları olaraq qeydə alınıb. Belə ki, həmin şəxslərin orta boyu kişilərdə 183.9, qadınlarda isə 175.6 sm-dir. Yeni minillikdə dünyaya gələn niderlandlıların boyu isə onlardan 1-1.4 sm daha alçaqdır.
Qurumdan bildirilib ki, ölkəyə gələn miqrant dalğasıyla əlaqədar, son dörd nəsildə Niderland sakinlərinin boyu azalıb.