Bakıda tikinti şirkətindən qanunsuz addım: Dövlət qurumu hərəkətə keçdi – FOTO

0
378

“Nizami rayonu Tofiq Abbasov küçəsində piyada səkisi tikinti şirkəti tərəfindən zəbt edilərək qanunsuz parklanma yeri təşkil edilib”.

Bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat paylaşıb. 

O bildirib ki, küçədə “Orbita” MTK müvafiq razılıq olmadan piyada səkisinin bir hissəsində avtomobillər üçün parklanma yeri təşkil edib:

“Nəticədə piyadaların rahat hərəkəti üçün ciddi maneələr yaranıb, təhlükəsizlik səviyyəsi aşağı düşüb.Məsələ nəzarətə götürülüb və müvafiq hüquqi tədbirlər görülür”.