Azərbaycanda faktiki hava şəraiti AÇIQLANDI

0
291

Sentyabrın 3-ü saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, Qusarda 0.3 mm yağış yağıb, bəzi rayonlarda isə şimal-qərb küləyi güclənib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, küləyin maksimal sürəti Tovuzda 30, Tərtər, Naftalan, Gəncədə 28, Bərdədə 26, Zərdab, Ağdam, Mingəçevirdə 24, Şərur, Ağstafada 20, Xaçmaz, Ceyrançöldə 18, Kəlvəz, Yevlax, Xınalıqda 16, Şəmkirdə 15 m/s olub.

Bakıda arabir 23, Neft Daşlarında, Pirallahı, Qum adası, Çilov adasında, Maştağada, Sumqayıt, Binə 18 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.6 metrə çatıb.