Azərbaycanlı sülhməramlılar Əfqanıstana geri qayıda bilərmi? – VIDEO

0
408

“Türkiyə və Pakistan lazım bilsə, Kabil hava limanının təhlükəsizliyi ilə bağlı Azərbaycana və azərbaycanlı mütəxəssislərə müraciət edəcək”. 

Bunu ARB24-ün “Gündəm” verilişində sülhməramlılarımızın Əfqanıstana yenidən dönməsi ehtimalı ilə bağlı danışan politoloq İlqar Vəlizadə deyib.

“Artıq əsgərlərimizin Əfqanıstanda sülhməramlı kimi xidmətindən söhbət gedə bilməz. 

Düşünürəm ki, ilk növbədə oraya texniki personal gələcək və onların mühafizəsi üçün müəyyən lokal hərbi qruplar fəaliyyət göstərəcək:

“Bunu da Talibanın icazəsi ilə Kabil hava limanının hüdudlarını aşmamaq şərti ilə etmək olacaq. Əgər Türkiyə lazım bilsə, Azərbaycana müraciət edəcək. Azərbaycan da bu məsələdə öz köməyini əsirgəməyəcək. Türkiyə-Pakistan-Azərbaycan formatı da burada öz sözünü deyə bilər. Kabil aeroportunun təhlükəsizliyini təmin etmək üçün yəqin ki, pakistanlılar da bu işə cəlb olunacaq. Bu ölkələr lazım bilsə, Azərbaycana və azərbaycanlı mütəxəssislərə müraciət edəcəklər. Azərbaycanın təhlükəsizlik sistemindəki təcrübəsindən yararlana bilərlər”.