Estoniyanın yeni prezidenti seçildi

0
311

Estoniya Milli Muzeyinin direktoru, dövlət başçısı vəzifəsinə yeganə namizəd olan Alar Karis parlamentdə səsvermənin ikinci turunda Estoniya prezidenti seçilib.

Seçilmək üçün namizəd deputatlarının azı üçdə ikisinin, yəni 101 səsdən 68-ini almalı idi. 72 millət vəkili Karisin seçilməsinə səs verib. Səkkiz bülleten doldurulmayıb. Ümumilikdə 80 millət vəkili səs verib.