Azərbaycanda küçəyə atılan körpənin vəziyyəti AÇIQLANDI – YENİLƏNİB + FOTO/VİDEO

0
437

Gəncədə küçəyə atılan körpənin vəziyyəti açıqlanıb. 

Bu barədə  Gəncə şəhər 2 saylı uşaq xəstəxanasından məlumat verilib:

“30.08.2021-ci il tarixdə Gəncə şəhər Adilxanlı küçəsində polis əməkdaşları tərəfindən atılmış  uşaq tapılıb və uşaq xəstəxanasına təhvil verilib. Uşağın çəkisi 7 kiloqram, boyu 64 sm, təxmini 5-6 aylıq.

Körpə həkimlər tərəfindən müayinə edilib, ümumi vəziyyəti praktiki sağlam qiymətləndirilib. Bu barədə icra hakimiyyətinə və qəyyumluq komissiyasına məlumat verilib”.

09:32

Gəncədə dörd aylıq körpə küçəyə atılıb. 

Bu barədə  hüquq-mühafizə orqanlarından məlumat verilib. 

Bildirilib ki, Gəncə şəhər A.Ziyatxanov küçəsində yerləşən 18 nömrəli məktəbin yanında çantanın içərisində körpə tapılıb.

Azyaşlı qız 2 saylı uşaq xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır.

Qeyd edək ki, bir müddət əvvəl Sumqayıtda və Ucarda da körpələr küçədə tərk edilmişdi. https://www.youtube.com/embed/uzbK-hAoC5M