Monteneqronun Brezna kəndində ənənəvi tənbəllik festivalı başlayıb.
“Haber Global”ın məlumatına görə, bu il onuncu dəfə təşkil olunan tədbirə 8 iştirakçı qatılıb.
Festivalın şərtlərinə görə, ən çox yatan 300 avro mükafat qazanacaq.
Qeyd edək ki, indiyədək festivalda ən uzunmüddətli yuxu rekordu 52 saat olub.