BMT qlobal fəlakət barədə xəbərdarlıq etdi

0
411

Asiya və Afrikanın yoxsul ölkələri ucbatından iqlim dəyişikliyi ilə mübarizə effektsiz ola bilər.

Bunu BMT-nin ətraf mühit proqramının (UNEP) nəqliyyat bölməsinin rəhbəri Rob de Yonq “Bloomberg”ə açıqlamasında bildirib.

O qeyd edib ki, yoxsul ölkələrin sakinləri ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi sayılan elektromobilləri əldə edə bilmədikləri üçün qlobal iqlim dəyişikliyinə qarşı mübarizə proqramının öz hədəflərinə çatması təhlükə altındadır.

BMT rəsmisinin sözlərinə görə, burada məsuliyyətin bir qismi elektromobil istehsalçılarının üzərinə düşür. Belə ki, onlar təkcə inkişaf etmiş ölkələrin bazarları üçün deyil, yoxsul ölkələrin alıcıları üçün də ucuz ekoloji nəqliyyat vasitələri hazırlamalıdırlar. Əks halda yanacaqla işləyən avtomobil parkının sürətlə genişləndiyi ölkələr qlobal iqlim dəyişikliyilə mübarizə səylərini heçə endirəcək.