“YouTube”dan SƏRT QADAĞA: Yayımlanmayacaq…

0
376
"YouTube"dan SƏRT QADAĞA: Yayımlanmayacaq...

“YouTube” video platforması başlıq səhifəsinin üstündə siyasi məzmunlu reklamların yayımlanmaması ilə bağlı qərar verib.

Türkiyə mətbuatına istinadla xəbər verir.

Şirkətdən verilən məlumata görə, “YouTube”un reklam siyasətində yenilənmə edilib. Ana səhifə başında seçki, siyasi məzmunlu reklamlardan əlavə qumar, alkoqol və reseptli dərmanlarla bağlı reklamlar qadan olunub.

“Həm reklam verənlərin, həm də istifadəçilərin ehtiyaclarını tarazlaşdırmaq üçün reklam tələblərimizi mütəmadi olaraq nəzərdən keçiririk”, – açıqlamada deyilir.

Reklam siyasətindəki yeniləmələrin xüsusilə həssas hadisələrlə bağlı qarışıqlığı, dezinformasiya və manipulyasiyanı minimuma endirmək üçün edildiyi qeyd edilib.