Minaların təmizlənməsində İsrailin dəstəyi məsələsi müzakirə olundu

0
454

İsrailin Azərbaycandakı səfiri Corc Dik Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyində (ANAMA) olub.

Bu barədə ANAMA-a məlumat yayıb.

Diplomat ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanovla görüşüb. Tərəflər Azərbaycanın işğaldan azad olunan ərazilərində aparılan genişmiqyaslı minatəmizləmə fəaliyyətlərinə İsrailin mümkün dəstəyi məsələsini müzakirə ediblər.