Rusiya xəstəxanasında yanğın: Koronavirus xəstələri həlak oldular

0
344

Rusiyanın Ryazan vilayətində N.A.Semaşko adına xəstəxananın reanimasiya şobəsində yanğın baş verib.

Bu barədə TASS ölkənin Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər yayır.

Hadisə nəticəsində 11 nəfər yaralanıb, 3 nəfər həlak olub.

Yaralılar müxtəlif xəstəxanalara yerləşdiriliblər.

Ölənlər koronavirusdan ağırlaşmalar səbəbiylə reanimasiya şöbəsində olublar.