Çinin Urumçi şəhərindən Hançjou şəhərinə doğru hərəkətdə olan sərnişin qatarı dəmir yolu xətti üzərindəki işçiləri vurub.
RT xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Hadisə nəticəsində doqquz nəfər dəmir yolu işçisi həlak olub.
Hadisənin hansı səbəbdən baş verdiyi barədə məlumat verilməyib, araşdırmalara başlanılıb.