Qırğızıstan və Tacikistan sərhədində vəziyyət yenidən gərginləşib.
Bu barədə Qırğızıstan Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb.
Nazirliyin məlumatına görə, bu gün Tacikistan tərəfi Çon-Alay bölgəsinin (Oş vilayəti) Unju-Bulak ərazisində sərhədin müəyyən olunmamış hissəsində konteyner quraşdırmağa başlayıb.
Qırğızıstan sərhədçiləri deyiblər ki, Tacikistan vətəndaşları onların 1 kilometrə qədər ərazisinə giriblər.
“Tacikistan tərəfdən hərbi və yüngül zirehli nəqliyyat vasitələrində hərbi personal toplanıb”, – deyə nazirikdən bildirilib.
Sərhəddə vəziyyət gərgindir. Qırğızıstan ordusu döyüşə tam hazırlıq vəziyyətinə gətirilib.