Baku TV və ASAN Radionun birgə layihəsi olan “Qeyri-Rəsmi” Emin Musavi ilə proqramının qonağı Azərbaycan Respublikasının Xalq artisti Emin Ağalarov olub.
Aparıcı Emin Musavinin təqdimatında olan proqramda Emin Ağalarov Qarabağ, JARA beynəlxalq musiqi festivalı, “Sea Breeze” istirahət mərkəzi haqqında maraqlı məqamlara toxunub. Xalq Artisti qeyd edib ki, işğalda olan torpaqlarımızın azadlığına hər bir Azərbaycan vətəndaşı kimi sevinib və həyəcanla həmin dövrü izləyib.
Həmçinin hazırda orada yenidənqurma işlərinə yardım etməyə hazırdır. Emin Ağalarov proqramın gedişində “Sea Breeze” istirahət mərkəzinə və gələcək planlarına da toxunub.
Proqramın tam versiyasını linkdən izləyə bilərsiniz: