Akif Cabbarlı 70 illik yubileyi münasibəti ilə

0
356

Başladığın Həyat Yolunun harada və necə qurtaracağını qulağına heç kim pıçıldamayacaq və bunu gözləmə də.Qəlbini Ulu Tanrıya bağla,var gücünlə hədəfə,ali məqsədə doğru tələs.Akif Cabbarlının da həyat yolu 1951-ci ildə Qəbələ rayonunda başladı.

Zaman öz atını çaparkən ,Akif Cabbarlı orta məktəbi başa vurub bitirdi.Hər bir gənc kimi onun arzuları da qanad açıb uçurdu.Sözlərin deyə bilməyəcəyi hissləri,duyğuları qələmlər yazır.Ruhunun dərinliklərindəki qələm eshqi onu jurnalistika peşesinə gətirib chixartdı.Akif Cabbarlı1973-cü ildə Azərbaycan Dövlət Jurnalistika fakültəsini bitirdi. Paraşüt açıldığı zaman işə yarayar,insanda çalışdığı,zəhmətə öyrəşdiyi vaxt.Akif Cabbarlı çalışqanlığı,savadı və zəhmətsevərliyi ilə həmin ilin sentyabrında Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsində işə göndərildi.Kiçik addımlarla başladığı yolda,baş redaktor vəzifəsinədək yüksəldi.Akif Cabbarlı 1987-1992-ci illərdə “Kommunist”və 2007-2011-ci illərdə “Azərbaycan”qəzeti redaksiyalarında çalışıb.2013-cü ilin avqustundan İctimai Televiziya və Radio Yayımları şirkətində mətbuat xidmətinin rəhbəri,”Media və Zaman”Televiziya proqramının readaktoru olub.Müxtəlif illərdə”Qızılgüllər Açacaqmı”,”Bir ömrün reportajı”,”Cənnətdə nə var,nə yox,Rafiq müəllim”,”Biz o şəhərə gedəcəyik”,”Səngər uvertürası”publisistik məqalələr topluları işıq üzü görüb.Onun ədəbi-bədii və jurnalistik fəaliyyəti “Həsən bəy Zərdabi”və “Qızıl qələm”mükafatları ilə qiymətləndirilib.

Həyatda hər bir şey kiçik addımlardan başlayır.Bu addımlar ilə yeridikcə artıq yola çevrilir.Bu yol qəlbimizin dərinliklərindən başlayıb, Azərbaycanın dilbər guşəsi olan Qarabağa gedib çatır.Hər bir Azərbaycan vətəndaşı kimi Akif müəllimin də, döyünən ürəyi Qarabağda çırpırdı.Bu eşq onun qələminin mürəkkəbindən axıb ağ kağızlara damcılanırdı.

Akif Cabbarlı bütün varlığı ilə jurnalistikaya bağlı insan olub.Ağ vərəqlərdə ruh ilə yazmaq,amma qələm izi qoymaq ancaq peşəkar jurnalistlərə məxsusdur.Akif Cabbarlı da bu işin öhdəsindən gələn peşəkar idi.O,uğur qazanmağın sadə yolunu usanmadan yazmaq,işləmək,mütaliə etmək və dünya praktikasından bəhrələnməkdə görürdü.

Həyat sanki bir qatara bənzəyir.Amma bu qatarın sürücüsü insanlar deyil,yaşadıqlarıdır.İnsan sadecə qatarın tozlu pəncərəsindən həyata baxır.Baxdıqca xatirələr yaddaşa dönür.

Akif Cabbarlını həmişə düşündürürdü klassik ənənələri yaşada bilsek.ömrünü-gününü jurnalistikaya,qəzetçiliyə həsr etmiş fədakar jurnalistlərimizin taleyi,sağlamlığı,məişət qayğıları da yaddan çıxarılmamalıdır.

Akif Cabbarlı hal-hazırda Azərbaycan Kinematoqrafçılar İttifaqının redaktorudur.

Azəarbaycan Yazıçılar Birliyinin,Azərbaycan Jurnalistlər Birliyinin,Azəarbaycan Kinematoqrafçılar İttifaqının üzvüdür.

Ailəlidir.Bir oğlu,bir qızı,dörd nəvəsi var.

Aynurə İsmayılqızı

İNK – DAMMİB və SİMİB Mətbuat Xidməti