Gələn aydan Bakı-Alanya reysləri açılır

0
357

Türkiyənin “Pegasus” hava yolu şirkəti 19 iyun 2021-ci ildən etibarən Alanya şəhərindən Bakıya uçuşları açıq elan edir.

Bu barədə “İnterfax” məlumat yayıb.

“Uçuşlar həftədə iki dəfə – çərşənbə axşamı və şənbə günləri həyata keçiriləcək”, – deyə aviaşirkətdən bildirilib.

“Qazi Paşa” hava limanından uçuş yerli vaxtla saat 00:35-də başlayacaq və saat 04:10-da Heydər Əliyev adına hava limanına enişlə yekunlaşacaq.

Əks istiqamətdə təyyarə Bakıdan saat 05:10-da havaya qalxacaq və 07:05-də “Qazi Paşa” hava limanına çatacaq.