Pişik AVRO-2020 matçlarının nəticələrini proqnozlaşdıracaq

0
281

Rusiyanın Ermitaj muzeyinin pişiyi qeyri-adi istedadı ilə seçilir.

O, futbol oyunlarının nəticələrini əvvəlcədən proqnozlaşdırmağı bacarır.

Bir qayda olaraq, Axill adlı pişiyin qarşısına içərisində yem olan iki qab, hər qabın yanında isə oyun iştirakçısı olan yığmanın bayrağı qoyulur. Pişik qarşılaşmada qalib olacaq tərəfin bayrağı olan qaba doğru gedərək, məhz həmin qabdan yeməyə başlayır.  

Anadangəlmə kar olan Axillin öncəgörənliyi 2017-ci ildə keçirilən Konfederasiyalar Kuboku zamanı üzə çıxıb. Pişik turnirin dörd matçından üçünün, o cümlədən də final qarşılaşmasının nəticələrini doğru təxmin edib.

2018-ci ildəki Dünya Çempionatı zamanı da Axillin ilk dörd proqnozu düzgün olub. Lakin sonrakı dörd cəhdi uğursuz alınıb.

Buna baxmayaraq, pişik AVRO-2020 matçları üçün də əsas “ekspertlərdən” biri kimi seçilib. O, doğma şəhəri Sankt-Peterburqda keçiriləcək matçların nəticələrini düzgün təxmin etməyə çalışacaq.