Makron Minsk Qrupunun qatili oldu – Kuznetsov

0
327
Makron Minsk Qrupunun qatili oldu - Kuznetsov

Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə bağlı sözləri ilə Fransa prezidenti Emmanuel Makron ATƏT Minsk qrupunun tabutuna son mismarı vurdu və onun Qarabağ tənzimlənməsi prosesinə hər hansı bir formatda qayıtması perspektivi üzərindən xətt çəkdi.

Bunu rusiyalı tarixçi və siyasi analitik Oleq Kuznetsov deyib.

Onun sözlərinə görə, bu anadək Fransanın ermənipərəst mövqeyi müzakirə mövzusu idisə, indi artıq bu, real siyasət formatına yüksəlib: “Bundan sonra heç bir skeptik bunun belə olmadığına inana bilməz. Fransa xarici siyasətinin həqiqi üzü birmənalı şəkildə dünya ictimaiyyətinə nümayiş olundu. Fransa artıq bundan sonra ATƏT Minsk qrupunun həmsədri olmaq hüququna malik deyil və təşkilat bu strukturu buraxmalıdır. Məhz prezident Makron ATƏT Mİnsk qrupunun qatili kimi tarixə daxil olacaq”.

Politoloq bildirib ki, E.Makronun bəyanatı Ermənistandakı ermənilərə, Nikol Paşinyana deyil, Fransadakı ermənilərə hesablanıb: “Orada gələn il prezident seçkiləri keçiriləcək və cənab Makron daha bir prezidentlik müddətində ölkəni idarə etmək istəyir. Bu məsələdə ona bir milyon Fransa ermənisinin səsləri və erməni diasporunun pulları lazım olacaq. Makron Cənubi Qafqazdakı oyununu artıq uduzub, indi o, erməni kartını daxili siyasi məsələlərdə oynamağa çalışır. Bu isə onu göstərir ki, Ermənistanın özü onu çox da maraqlandırmır”.