Təyyar Bayramov: “Şuşaya yaxınlaşanda o sıldırım qayaları gördükcə…”

0
304
Təyyar Bayramov: “Şuşaya yaxınlaşanda o sıldırım qayaları gördükcə...”

İllərdir ki, bayramlarda “İnşallah gələn bayramı Şuşada qeyd edək” arzularını dilə gətirirdik. Şükürlər olsun ki, bu il Müqəddəs Ramazan bayramını Şuşada Cıdır düzündə qeyd etdik. Bildiyiniz kimi, Xarı bülbül festivalı baş tutdu, çox möhtəşəm festival idi, Kənanın ifası ilə açılış oldu.

Bu sözləri Əməkdar artist Təyyar Bayramov “Gün başladı” proqramında qonaq olarkən deyib.

Oğlu Kənan Bayramlının festivalda ifasından söz açan sənətçi unudulmaz anlar yaşadığını dilə gətirib: “Qarabağımıza yaraşan bir tədbir keçdi. Cənab pPezident bunu çıxışında çox gözəl vurğuladı və bildirdi ki, Azərbaycan daha da qüdrətli bir dövlətə çevriləcək. Sənətkarlarımız Cıdır düzündə parlaq çıxışları ilə hər kəsə unudulmaz anlar bəxş etdi. Müzəffər Ordumuza və Ali Baş Komandana təşəkkür edirəm ki, bu anları bizə yaşatdı, Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah ordumuzu qorusun, vallah Şuşaya yaxınlaşdıqca, Cıdır düzündə o sıldırım qayaları gördükcə insan heyrətə gəlirdi. Elə bilirsən ki, yuxudasan, çünki o sıldırım qayaları qalxmaq mümkünsüz görünür. Gündüz Şuşanın havası çox isti olsa da, insanı narahat etmir. Axşamlar isə sərinlik düşür. Cıdır düzündə yetişən güllərin qoxusundan valeh olursan, havası da, suyu da çox gözəldir”.

Sənətçinin oğlu Kənan Bayramov qeyd edib ki, festivalın açılışını etmək onun üçün qürurverici idi.