Putinin son 1 ildə nə qədər pul qazandığı açıqlandı

0
497
Putinin son 1 ildə nə qədər pul qazandığı açıqlandı

Rusiya Prezidenti Vladimir Putinin 2020-ci ildə qazandığı pulun məbləği açıqlanıb.

Kremlin saytında Putinin 2020-ci il üzrə 9,994 milyon rubl qazanc bəyan etdiyi qeyd edilib.

Belə ki, Rusiya Prezidenti 2020-ci ildə 2019-cu illə müqayisədə 270 min rubl çox qazanıb.

Kremlin saytı Rusiyanın Prezident Administrasiyasının işçiləri və ailə üzvlərinin gəlirləri barədə məlumatları da saytında yerləşdirib.