Yalnışlar və alqışlar cəmiyyətinin “fenomeni” Xədicə İsmayıl

0
614

Jurnalist Xədicə İsmayıl müxalifətdə gördüyüm, tanıdığım ən şəxsiyyətsiz, ən mənəviyyatsız insandır. Bəzən feminist, bəzən müxalifətçi bəzən də yumşaq müxalif roluna girməyə utanmaz, hətta bunu reklam etməkdən də çəkinməyəcək qədər arsızdır.

Məlum, ölkədə işsizlik, pulsuzluq problemi var uzun müddətdir. Bu problem görünür hamı kimi Xədicəyə də ciddi təsir edib. Dünənə qədər söydüyü nazirin dəvəti ilə Ağdama səfər edib. Həyatın ironiyasına bax, insanlar Hikmət Hacıyevə və fəaliyyətinə tərif yağdıranda sözügedən postlara “haha” , “gülmək” smayliki atan Xədicə İsmayıl elə Hikmət müəllimin öz dəvətini qəbul edib Ağdamda poza verib. Xalqı hökümətə, nazirlərə qarşı çıxarmağa görünür artıq qrant ayıran yoxdur. Məlum, prezidentin son aylarda qazandığı nüfuz qrant ödəyənləri də tənqidin qiymətini aşağı salmağa məcbur edib. Amma Xədicə İsmayıl pul qazanmalıdır axı. Deyəcəksiz Xədicənin ödənişlə Ağdama aparıldığını iddia edəcək qədər sadəlövəm? Xeyr. Pulu heç kim xidmət etmədən qazanmır. Bunun üçün öncə xidmət lazımdı Kərbəlayi. Görünür, Xədicə İsmayıl artıq haqqa gəlib, xidmətin ilk addımlarını atır. İnsan nə qədər utanmaz olmalıdır ki, hər gün sosial şəbəkə hesabında söydüyün, tənqid etdiyin hökümətin dəstəyi ilə işğaldan azad olunmuş ərazilərə ziyarət edəsən. Biz isə xalq olaraq ölmüşük, yerdən qaldıranımız yoxdur. Xədicə İsmayıl höküməti söyür əl çalırıq, kişi piyan gəlib arvadını döyür, Xədicə İsmayıl bunun səbəbinin İlham Əliyevdə olduğunu iddia edir yenə əl çalırıq. İlham Əliyevin tapşırığı ilə müxaliflərin Ağdama ziyarətində Xədicə İsmayılı görürük yenə əl çalırıq. Sabah Xədicə İsmayıl hökümətdən ev alsa yenə əl çalacağıq. Kimsə çıxıb bunu tənqid etsə də onu söz atəşinə tutacağıq, daşa basacağıq, Xədicə İsmayıla qarşı təxribat törətməyə çalışdığını iddia edəcəyik. Görünən odur ki, xalq olaraq, cəmiyyət olaraq əlimizdən alınan təkcə gəncliyimiz deyil həm də beynimizdir, təfəkkürümüzdür. Xədicə İsmayıl bu gedişlə gələn ilin martında “8 Marş” aksiyasını keçirənləri də tənqid edər. Axı hökümətlə əməkdaşlığın da öz qanunları, zəruriyyətləri var.

İnsan nə qədər ikiüzlü olmalıdır ki, müharibə dövründə Ağdamda öldürülən ermənilərin halına acıyan, onları məhv edən Azərbaycan əsgərlərinə “vəhşi”, “ermənidən fərqlənməyən” kimi takma adları qoyan Xədicə İsmayıl indi əsgərlərimizin qanı ilə aldığı torpaqları gəzir həm də utanmadan. 100 Xədicə İsmayıl əvəzinə 1 şəhid anası aparın, qoy övladlarının şəhid olduğu torpaqları gəzib görsünlər.

Bu gedişatdan mən belə başa düşdüm ki, biz cəmiyyət olaraq saf gəlmişik saf da gedəcəyik. Ara yerdə isə bizdən istifadə edib sərf edən yerdə öncə hörmət sonra pul qazanan Xədicə İsmayıllar qazanacaq biz isə əl çalacağıq. Yorulmayasız

Nurlan Cəfəri/Azərbaycanın Səsi