Iranın Nətənz Atom Elektrik Stansiyasında (AES) qəza baş veirb.
“RİA novosti” xəbər verir ki, İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi qəzanın AES-in elektrik şəbəkəsində baş verdiyini bildirib.
Məlumata görə, qəza nəticəsində insan tələfatı və çirklənmə baş verməyib.
Hazırda qəzanın səbəbləri araşdırılır.