Şər, böhtan pislərə məxsusdur

0
419

Şər və böhtan pislərə məxsus olsa da, yaxşıların qəlbinə şübhə toxumu səpməkdə də mahirdir. Şər-böhtana qarşı yeganə dayaq mənəvi gücdür. Bu pisliyə qarşı mübarizədə real faktlara əsaslanmaq da vacib şərtdir.

Şər, böhtan, atılan insanı dərhal qınamaqdan öncə, onun haqqında bütün dəqiq məlumatlara yiyələnmək hər birimizin borcudur.
Əks halda, şər-böhtan atanlardan birinə çevrilə bilərik.
Hazırkı sosial media və internet şəbəkələrinin fəallığı ictimaiyyət nümayəndələri haqda geniş məlumat toplamağa imkan verir.
Sadəcə qınanan insan haqda bütün məlumatları tapıb, oxuyub real nəticə əldə etmək lazımdır.
Hazırda bütün dövlət orqanları belə yalan şayiələrə reallıq gətirən açıqlamaları gündəmə gətirmək məcburiyyətindədir. Bu isə yüzlərlə insanın əlavə iş vaxtının alınması, minlərlə insanın əsəblərinin gərginləşməsi deməkdir.
Sosial mediada sual işarəsi ilə dolu yazıların artması da ictimai qınaq hədəfinə çevrilmişdir.
Müvafiq orqanların ictimaiyyətə müraciətlərindən gəlin nəticə çıxaraq. Fərdi insanlardan tutmuş dövlət orqanlarına qədər yeriyən şər-böhtandan əl çəkək.
Pislərin bu müraciətə reaksiyası bəlli olsa da, yaxşıların pis əməlləri ictimailəşdirməyəcəyinə inanaq.
Yaxşılara inanaq, pislərə deyil. Yaxşılıqları reklam edək, pislikləri deyil. Yaxşılığın sonu ilə, pisliyin sonu hər kəsə məlumdur. Həyatımızı yaxşı xəbərlərə, yaxşılıqlara həsr edək.