Heydər Əliyev Fondu Əməkdar artistin müalicəsini nəzarətə götürdü

0
338

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicə aldığı 5 saylı Şəhər Klinik Xəstəxanasından “Bona Dea International Hospital”a köçürülüb.

Bu barədə Teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

O, aktyorun bir neçə gün reanimasiyada yatdığını, hazırda müalicəsini palatada davam etdirdiyini bildirib: “Vəziyyəti orta-stabildir, səhhətində o qədər də irəliləyiş yoxdur. Huşu aydındır, nitqində qarışıqlıq var, bir qolu tamamilə işləmir. Müalicəsi davam etdirilir”.