ABŞ “Pekin-2022”nin boykot edilməsinə rəsmi münasibət bildiridi

0
331

ABŞ Milli Olimpiya Komitəsinin rəhbəri Syuzan Layons 2022-ci ildə Çinin paytaxtı Pekində keçirilməsi nəzərdə tutulan Qış Olimpiya Oyunlarının boykot edilməsinə qarşı olduğunu bildirib.

“Çində baş verənləri insan hüquqları baxımından qiymətləndirməmək istəməzdik. Lakin mən qeyd etmək istəyirəm ki, biz “Pekin-2022”nin boykot edilməsini dəstəkləmirik”, – deyə S.Layons vurğulayıb.

Xatırladaq ki, fevral ayında tibetliləri, uyğurları, Honqkonq sakinlərini və digər qrupları təmsil edən 180 insan haqları təşkilatı Çindəki insan haqları pozuntularına görə “Pekin-2022” Qış Olimpiadasını boykot etmək barədə çağırış edib.