Azərbaycanda koronavirusa yoluxanların sayı yenidən azaldı – FOTO

0
294

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 125 yeni yoluxma faktı qeydə alınıb, 71 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 234 662 nəfər koronavirus infeksiyasına yoluxub.

Onlardan 228 839 nəfər müalicə olunaraq sağalıb, 3223 nəfər vəfat edib, aktiv xəstə sayı 2600 nəfərdir.

Ölkədə son sutka ərzində 4205, hazırkı dövrədək isə 2 602 884 test aparılıb.