İtkin düşən daha bir əsgərimizin şəhid xəbəri gəldi

0
337

Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu xəbəri gəlib.

2000-ci il təvəllüdlü şəhid əsgərimiz Rəcəb Nəcəf oğlu İsmayılov İmişlinin Əliqulular kəndində torpağa tapşırılıb.

Qeyd edək ki, əsgərimiz oktyabrın 30-da Laçın rayonunun Güləbird kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlib.

Qəhrəmanımız ölümündən sonra “Cəsur döyüşçü” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

Allah rəhmət eləsin!