Nazirlik psixoloji xidmət göstərilən şəxslərin sayı barədə məlumat verdi

0
313

“Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan vacib istiqamətlərdən biri də sosial-psixoloji yardım üzrə xidmət göstərməkdir. Tabeliyimizdə olan qurumların nümayəndələri tərəfindən 400-dən çox ailəyə bu cür xidmətlər göstərilib”.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (DTSERA) sədri Cavid Əbdül-Qədirov məlumat verib.

Onun sözlərinə görə, təkcə stasionar deyil, ambulator qaydada da xidmət təşkil edilib:

“Ümumilikdə, 2 870 vətəndaşla görüş keçirilərək, psixoloji və psixokorreksiya işləri aparılıb. Pandemiya ilə əlaqədar onlayn qaydada 900 nəfərə sosial psixokorreksiya xidməti göstərilib”.

Agentliyin sədri əlavə edib ki, 2020-ci ilin sonunda mühərrikli araba reabilitasiya vasitələri siyahısına əlavə edilib və 2021-ci ildə ehtiyacı olan vətəndaşların bu vasitələrlə təmin edilməsi planlaşdırılır:

“Bu istiqamətdə müayinə protokollarını təyin etmişik. İl ərzində bütün İkinci Qarabağ müharibəsi qaziləri bu vasitələrlə təmin olunacaqlar”.