Vidadi Muradovun AMEA-da rəhbərlik etdiyi sektor ləğv olundu

0
350

“Azərxalça” ASC-nin İdarə heyətinin həbs edilən sabiq sədri Vidadi Muradov Azərbaycan Milli Elmlər Akademiyasındakı (AMEA) vəzifəsindən azad edilib.

O, akademiyanın Arxeologiya və Etnoqrafiya İnstitutunun Xalçaşünaslıq sektorunun müdiri vəzifəsindən çıxarılıb.

Həmçinin həmin sektor ləğv edilib.

Qeyd edək ki, V.Muradov yanvarın 9-da həbs edilib. Ona CM-nin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.

Daha sonra yanvarın 10-da Prezident İlham Əliyev onu “Azərxalça” ASC-nin İdarə heyətinin sədri vəzifəsindən azad edib.