Messinin müqavilə şərtləri üzə çıxdı: Futbolçu və klub məhkəməyə üz tutur – FOTO

0
391

İspaniyanın “El-Mundo” qəzeti maraqlı iddia ilə çıxış edib.

Nəşr iddia edib ki, Messinin “Barselona” ilə olan müqaviləsinin surətini əldə edib.

Müqavilə 2017-ci ilin noyabr ayında razılaşdırılıb və cari ilin 30 iyununadək qüvvədədir.

Anlaşmaya əsasən, argentinalı futbolçu 555 237 619 avro alacaq ki, bunun da 511 540 545 avroluq hissəsi artıq ödənilib.

Bu iddialardan sonra Messinin vəkilləri və “Barselona”nın rəsmiləri qeyri-qanuni informasiya sızması ilə bağlı məhkəməyə müraciət edəcəklərini bildiriblər.

Yerli KİV isə hadisə ilə bağlı əsas şübhəli şəxsin klub prezidentliyinə namizəd Xuan Laporta olduğunu iddia edib.