
Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Hadisə Yeni Yasamalda, Şeyx Məhəmməd Xiyabani küçəsindəki binada qeydə alınıb.
Belə ki, binanın 8-ci mərtəbəsindəki mənzillərdən birində alovlanma baş verib. Əraziyə yanğınsöndürənlər cəlb edilib və yanğın söndürülüb.